Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Yeni Kaledoniyadan olan nümayəndə heyəti Milli Məclisdə olub
Oktyabrın 21-də Milli Məclisdə Yeni Kaledoniyadan olan nümayəndə heyətinin bir qrup deputatla görüşü keçirilib.
“Report” xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev görüşdə neokolonializmin dünyaya gətirdiyi fəlakətlərdən danışıb.
O, Azərbaycanın Sakit okean dövlətlərinin, müstəmləkəçiliyə məruz qalan ölkələrin yanında olduğunu qeyd edib.
Bakı Təşəbbüs Qrupunun rəhbəri Ayxan Abbasov çıxışı zamanı sözügedən qurumun cari ilin avqustunda yaradıldığını xatırladıb. Onun sözlərinə görə, bu qısa müddət ərzində böyük işlər görülüb, 2 beynəlxalq tədbir keçirilib.
A.Abbasovun sözlərinə görə, keçirilən tədbirlərin əsas məqsədi məhz neokolonializmə qarşı mübarizədir.
Milli Məclisin deputatı Cavanşir Feyziyev isə vurğulayıb ki, BMT-nin qərarı ilə müstəmləkəçiliyin bütün dünyada ləğv olunmasına baxmayaraq, Fransa hələ də bu siyasətini davam etdirir.
Martinika nümayəndəsi Frensis Kerol da Fransanın neokolonializm siyasətindən danışıb. Onun sözlərinə görə, Fransa bir çox yerdə olduğu kimi, Martinikada da müstəmləkəçilik siyasəti həyata keçirib, yerli xalqın iradəsini əlindən alıb.
Tədbirin yekununda qonaqlar yaradılan şəraitə və təşəbbüskarlığa görə Azərbaycana təşəkkür ediblər. Onlar digər dövlətlərin də Azərbaycanın bu təşəbbüsünə qoşulacağına ümid etdiklərini deyiblər.
"BMT" teqi üzrə xəbərlər
- Azərbaycanın daimi nümayəndəsi BMT Baş katibini mina çirklənməsi probleminə diqqət yetirməyə çağırıb
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Azərbaycanın D8-ə üzvlüyü: Yeni dünyanın qurulmasına qatılmaq üçün etimad