Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev Laçın rayonuna yeni icra başçısı təyin edib.
Oxu.Az xəbər verir ki, yeni başçı Aqil Nəzərli 10 mart 1976-cı il tarixdə Laçın rayonunun Güləbird kəndində anadan olub.
1999-cu ildən Laçın rayonu İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb, 2008-ci ildən Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyib.
2012-ci ildən Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının sədridir.
3 mart 2016-cı ildən Laçın rayon İcra hakimiyyətinin başçısı vəzifəsini icra edib.
Ailəlidir, iki övladı var.