Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Yuri Mavaşyev: “Təyyarə böhranı” olanda Ermənistanda şampan açmışdılar
Soçidə Rusiya və Türkiyə liderləri arasında Suriya məsələsi ilə bağlı razılaşma Türkiyə KİV-də eyforiyaya səbəb olub. Həqiqətən, kənar şəxslər olmadan razılıq əldə edildi, əlbəttə ki, narazılar da oldu, bunlardan biri də Ermənistan idi.
Türkiyə KİV-də yayılan yazıların bəzilərinin başlığı: “Terror koridorunu keçmişdə dəfn etdilər”, “Tarixi razılaşma”, “... Soçidə Ankara ikinci qələbəsini qazandı”, “ABŞ-ın separatçı fəaliyyətinə ölümcül zərbə”...
Razılaşmanın mahiyyətini məşhur rusiyalı politoloq Sergey Markov öz bloqunda izah edib:
“Türkiyə artıq kürdlərə qarşı müharibə aparmır. Və 30 kilometrlik zonada nəzarəti götürmür. Suriya ordusu 30 kilometrlik ərazidəki bütün rayonlara daxil olur, Türkiyə və kürdlər arasında dayanır.
Kürdlər 30 kilometrlik ərazidən çıxır və bütün ağır silahları təhvil verir. Suriyalı miqrantlar ölkələrinə qayıdır, onların təhlükəsizliyinə kürdlərdə olduğu kimi, Rusiya hərbi polisləri cavab verir”.
Rusiyanın Yeni Türkiyənin Tədqiqatı Mərkəzinin direktoru Yuri Mavaşyev Media.Az-a açıqlamasında bu məsələ ilə bağlı fikirlərini bölüşüb:
- Türkiyə KİV-in böyük qismi Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın görüş zamanı əldə etdikləri razılaşmanı yüksək qiymətləndirir. Açıq görünür ki, çoxları üçün bu, gözlənilməz oldu. Sizin fikrinizcə, daha çox kim udub və kim uduzub?
- Bu vəziyyətdə Rusiya, Bəşər Əsəd hakimiyyəti və Türkiyə qalib gəldi. ABŞ isə məğlub oldu və faktlara görə onlar Suriyadan gedir. Ancaq istənilən halda, bu siyasi, hərbi geri çəkilmə gözlənilməz olmadı.
- Bir çox analitik Suriyadakı münaqişə iştirakçılarına və kürdlərə xəyanət edildiyini yazmağa davam edir. Ancaq digər tərəfdən kürdlərlə rəsmi Dəməşq arasında yaxınlaşma olub.
- Əlbəttə, bu xəyanətlə bağlı çoxları yazır. Ancaq ondan başlayaq ki, kürdlər özləri özlərinə xəyanət edib. Bir neçə bərabər tərəf var: Türkiyə, Suriya, Rusiya, ABŞ, İran. Kürdlərə görə münasibətləri korlamaqdansa, tərəflərin öz aralarında razılığa gəlmələri daha asandır. Kürdlər isə axır-əvvəl xəyanətə məruz qalacağını və vaxtında özünün strateji xəttini tutmağın vacibliyini başa düşmədilər.
Ancaq indi kürdlərlə rəsmi Dəməşqin yaxınlaşmasını alqışlamaq olar, Belə çıxır ki, türklər yaxınlaşmağa, Türkiyə Suriyanın birləşməsinə kömək oldu.
- Erməni KİV məlumat verib ki, kürdlərin tərəfində erməni batalyon da döyüşürdü. İndi Ermənistandakı bir çox analitik Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın razılaşmalarını xəyanət adlandırır. Lakin bölgənin bütün ölkələri Suriya böhranının sülh yolu ilə həllində maraqlı olmalıdırlar.
- Bəli, bu, təbii bir reaksiyadır. Ermənistan və erməni lobbisi Moskva ilə Ankara arasındakı münasibətlərdə problem yaratmaqda maraqlıdırlar. Xatırladım ki, “təyyarə böhranı” baş verəndən (2015-ci ilin noyabrında Türkiyə Rusiya hərbi təyyarəsini vurdu - red.) sonra bəzi məlumatlara görə, erməni hakim dairələrin nümayəndələri hətta şampan açıblar.
Ermənistanda düşünürlər ki, növbəti onlardır. Kürdlərlə olduğu kimi, onlarla da elə davranacaqlar. Qarabağ məsələsini həll etmək, Azərbaycanla ortaq dil tapmaq lazımdır. Bundan sonra heç bir problem olmayacaq. Biz Rusiya tərəfindən Ermənistana razılaşmanın vacibliyi ilə bağlı çağırışları eşitmişik.
Və Suriya məsələsinə qayıdaraq qeyd edim ki, əlbəttə, bölgədəki bütün ölkələr Suriya probleminin həll yolunda maraqlı olmalıdırlar. Ancaq problem ondadır ki, hər kəs “münaqişənin həlli” konsepsiyasına fərqli şəkildə yanaşır. Bax, Ermənistan da burada öz istəyini ortaya qoyur.
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanda üç avtomobil toqquşdu, Fransa səfirliyinin əməkdaşı xəstəxanalıq oldu
- Bu xəbərləri qaçırmayın: 22.11.2024-ün ən mühüm hadisələri
- İran diplomatı "Yaşasın Ermənistan!" deyir
- Ermənistanda ikiüzlü davranış: döyülən təbrizli: Azğın fransız hərbçilər
- Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə dəfələrlə döyülüb