Ankarada rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 29-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə Türkiyə müdafiə naziri Nurəddin Canikli də iştirak edib.