Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Koreya Respublikasına rəsmi səfərə yola düşüb.
Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, dekabrın 4-dək davam edəcək səfər çərçivəsində Z.Həsənovun bir sıra görüşləri planlaşdırılır.