Azərbaycan-İran sərhədində sərhədçilərlə sərhəd pozucuları arasında silahlı insident baş verib, bir hərbçi həlak olub, ikisi isə yaralanıb.
Oxu.Az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə dekabrın 1-də saat 19:30 radələrində Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində baş verib.
Silahlı insident, sərhəd naryadının, sərhəd pozucularının qarşısının alınması zamanı baş verib. Bir nəfər hərbi qulluqçu həlak olub, ikisi isə yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların vəziyyəti kafi olduğu bildirilir.
Məlumata görə, silahlı insident Lerik rayonu ərazisində baş verib. İnsidentdən sonra Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına məxsus təcili yardım maşını Lerikə gedərək yaralıları Lənkəran Mərkəzi Rayon Xəstəxanasına gətirib.
Həlak olan hərbçi 37 yaşlı mayor Maqsud Nağıyevdir. 50 yaşlı polkovnik-leytenant Azər Şəfiyev və 29 yaşlı Vüqar Vahabov isə yaralanıblar. Hər iki yaralı yaxın saatlarda Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriləcək.
Hadisənin baş vermə səbəbləri Dövlət Sərhəd Xidməti və Azərbaycan Hərbi Prokurorluğu tərəfindən araşdırılır.
08:55
Azərbaycan-İran sərhədində sərhədçilərlə sərhəd pozucuları arasında atışma olub, bir hərbçi həlak olub, ikisi isə yaralanıb.
Oxu.Az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilib ki, hadisə dekabrın 1-də saat 19:30 radələrində Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində baş verib. Sərhəd pozucularının qarşısının alınması zamanı silahlı insident baş verib, bir nəfər hərbi qulluqçu həlak olub, ikisi isə yaralanıb.
Yaralılara ilkin tibbi yardım göstərilib, onların vəziyyəti kafidir.
Hadisə ilə bağlı Dövlət Sərhəd Xidməti və Azərbaycan Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.