Dağlıq Qarabağ üzrə Minsk qrupunun həmsədrləri əvvəlcə Berlində, daha sonra isə ATƏT-də hesabat vermək üçün regionda bir neçə həftə qalacaqlar.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə ATƏT-in baş katibi Lamberto Zanyer məlumat verib.
“Həmsədrlər indi regiondadırlar və onlar gələcək addımları və davranışı müəyyənləşdirmək üçün lazım olan qədər orada qalacaqlar. Daha sonra onlar hər şey haqqında sədrə məlumat verməlidirlər. Ona görə də düşünürəm ki, onlar Berlinə gedəcəklər.
Daha sonra Vyanaya gəlmək vaxtını özləri müəyyən edəcəklər”, - o deyib.
Zanyer vurğulayıb ki, həmsədrlərin missiyası zamanla məhdudlaşmır, amma “onlar hesabat üçün gəlməlidirlər və düşünürəm ki, bu bir neçə həftənin söhbətidir”.