Zeynalabdin Tağıyevin nəslinin davamçısı Fransada yaşayan Alban Kloud Ermənistanın təxribatına qarşı etirazını ifadə edib.
O, bununla bağlı “Facebook” sosial şəbəkə hesabında post paylaşıb.
“Dünəndən başlayaraq Ermənistanla Azərbaycanın Qarabağdakı təmas xəttində güclü döyüşlər gedir. Vəziyyətin ciddiliyini və mənim Azərbaycanla bağımı nəzərə alaraq, yazdığım bu mətni və illüstrasiyalaşdırdığım xəritəni fransız dostlarımla paylaşmağa haqqım çatır.
Mən müharibənin əleyhinəyəm, lakin çoxtərəfli diplomatiya son otuz ildə bu saxta, dondurulmuş münaqişənin həllinə dair başqa bir alternativ təklif edə bilməyib.
Bu yazım, xüsusilə şərhçilər tərəfindən gözardı edilən Qarabağ məsələsinə Azərbaycanın mövqeyini və bu münaqişədə Fransanın rolunu anlamağa imkan verəcəkdir.
İstənilən müzakirəyə hazıram, mənə [email protected] ünvanından yaza bilərsiniz”.