Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ziyafət Əsgərov: Əxlaqsızlığa son qoyulmalıdır
Bir qrup şəxs sosial şəbəkələrdə Azərbaycan prezidentinə qarşı əxlaqsızlıq nümayiş etdirir. Azərbaycan gücləndikcə, prezident İlham Əliyevin müstəqil siyasəti dəstək qazandıqca bu hücumlar artır. Onlar bu işdə bizim marginallardan istifadə edirlər.
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
“Bu əxlaqsızlığa son qoyulmalıdır. Azərbaycana qarşı istənilən çirkin kampaniya iflasa məhkumdur. Çünki ulu öndər Heydər Əliyev bu dövləti yaradanda onun fundamentini çox möhkəm qoyub. Ona görə də həmin çirkin qüvvələr bilsinlər ki, bu dövləti sarsıda bilməzlər, Azərbaycan öz inkişaf yolu ilə daim irəli gedəcək”, - deyən birinci vitse-spiker qeyd edib ki, təhqir və böhtan cəzasız qalmamalıdır.
Onun sözlərinə görə, ölkə prezidenti Azərbaycanın sürətli inkişafının, təhlükəsizliyinin qarantıdır.
“Ona görə də prezidentin müdafiəsi hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Dövlət başçısının ailəsinə ünvanlanan təhqir hər bir Azərbaycan vətəndaşının ailəsinə edilən təhqirdir. Ona görə də biz bir yumruq kimi birləşməli, bu insanlara, çirkin kampaniyalara layiqli cavab verməliyik.
Sosial şəbəkə vasitəsilə ölkəmizə qarşı aparılan təhqir, böhtan kampaniyasına son qoyulması üçün hüquqi baza təkmilləşdirilməlidir”, - deyə o əlavə edib.
Kamil HƏMZƏOĞLU
"Azərbaycan" teqi üzrə xəbərlər
- Nikol Paşinyandan etiraf: "Mən böyük səhv etdim"
- Türkiyə vətəndaşı Azərbaycanda öldü
- Köhnə dünyanın fiaskosu: "Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb"
- Abdulkadir Uraloğlu: "Türkiyə-Azərbaycan tranzit keçid sənədi kvotası 100 minə yüksəldildi"
- Göyərtəsində azərbaycanlıların olduğu gəmi Kerç boğazında çətin vəziyyətə düşüb