14 
Dek
2017
16:25
213
29
7254
Virtual karabakh

Fikrət Qocanın oğlunu öldürənlərə hökm oxundu

14 Dek, 2017
16:25
7254

Fikrət Qocanın oğlunu öldürənlərə hökm oxundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən Elnur Nəhmətov, onun xuliqanlıqda təqsirləndirilən tanışları - Ruslan MəmmədovPərviz Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrlik etdiyi iclasda E. Nehmətov son söz deyib. O, mərhumu qəsdən öldürmədiyini, onunla dost olduğunu bildirib.

P. Hüseynov isə ölümün ehtiyatsızlıqdan baş verdiyini deyib.

R. Məmmədov son söz deməkdən imtina edib.

Sonra hakimlər hökmü elan etmək üçün müşavirəyə gedib.

Müşavirədən sonra hökm oxunub.

Hökmə əsasən, E. Nehmətov 5 il, P. Hüseynov 2 il, R. Məmmədov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə E. Nehmətovun Y. Qocayevi qəsdən deyil, ehtiyatsızlıqdan öldürdüyü qənaətinə gəlib. Buna görə də onun ittiham olunduğu maddə qəsdən adam öldürmə maddəsinə tövsif edilib. 

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri