22 
İyn
2018
15:53
180
26
3010
Virtual karabakh

Dörd yaşlı uşağın ölümündə ittiham olunan qadın həbs olundu

22 İyn, 2018
15:53
3010

Dörd yaşlı uşağın ölümündə ittiham olunan qadın həbs olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində Quba rayon sakini Lalə İsrafilovanın (1971-ci il təv.) CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az-ın məlumatına görə, ölüm hadisəsi ötən il mayın 9-da Quba rayonunun Bərqov kəndində baş verib.

Kənd sakini Fuad Mustafazadə (2013-cü il təv.) qonşuluqda yaşayan Lalə İsrafilovanın icazəsiz həyətyanı sahəsinə daxil olub.

Azyaşlı həyətdəki gülləri tapdaladığı üçün qadın uşağdan həyətdən çıxmasını tələb edib. Fuad qaçmağa başlayıb və darvazanın yanında yıxılıb. O, alnından aldığı xəsarət nəticəsində hadisə yerində ölüb. 

Faktla bağlı Quba rayon Prokurorluğunda cinayət işi başanılıb, şübhəli şəxs qismində Lalə İsrafilova saxlanılıb. İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Məhkəmə prosesində Lalə İsrafilova son sözündə uşağın ölümündə heç bir günahı olmadığını və cinayət törətmədiyini qeyd edib. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən qadın doqquz il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub və iclas zalında həbs edilib.

Xatırladaq ki, ötən prosesdə çıxış edən dövlət ittihamçısı L.İsrafilovaya 10 il cəza təyin olunmasını xahiş edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri