Okt
2018
12:34
17
255
7914
Virtual karabakh

Evlənmək istəyənlərdə QİÇS aşkarlandı

8 Okt, 2018
12:34
7914

Evlənmək istəyənlərdə QİÇS aşkarlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrda nikaha daxil olmaq istəyən və icbari tibbi müayinədən keçən 23 nəfərdə sifilis, səkkiz nəfərdə isə QİÇS aşkar edilib.

Bunu Oxu.Az-a açıqlamasında Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Direktor bildirib ki, ötən ay ərzində ümumilikdə 10 min 237 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib:

“292 nəfərdə, iki cütlüyün isə hər ikisində talassemiya daşıyıcısı aşkarlanıb”.

Direktor qeyd edib ki, 2015-ci il iyun ayının 1-dən bu günə kimi 467 min 659 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib:

“17 min 139 nəfərdə talassemiya daşıyıcısı,1598 nəfərdə sifilis, 395 nəfərdə isə QİÇS aşkar edilib. 173 cütlüyün hər ikisində talassemiya aşkarlanıb”.

Qeyd edək ki, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşların tibbi müayinədən keçməsi mütləq sayılır.

İlhamə Əbülfət 
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri