Daxili İşlər Nazirliyi Pirallahı rayonunda baş verən dəhşətli qəza ilə bağlı açıqlama yayıb.
DİN-dən Oxu.Az-a verilən məlumata görə, hadisə dekabrın 1-də saat 23:00 radələrində Pirallahı rayonunun Dübəndi qəsəbəsi ərazisində Zirə qəsəbə sakini Namiq Zülfüqarov idarə etdiyi “Chevrolet” markalı avtomobili yol ayırıcısına (səkiyə) vurduqdan sonra yolun əks istiqamətinə keçərək qarşıdan gələn Xaçmaz rayon sakini Ümüd Alxasovun idarə etdiyi “KamAZ” markalı avtomobillə toqquşub.
Nəticədə N.Zülfüqarov, sərnişinləri Şahin Qarayev, Anar Əliyev və Tərlan Cəlilov hadisə yerində ölüb, bir nəfər isə xəstəxanaya yerləşdirilib.
Pirallahı RPŞ tərəfindən araşdırma aparılır.
11:15
Bakıda dörd nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə dekabr ayının 2-si gecə saatlarında Qala-Pirallahı yolunun 14-cü kilometrliyində qeydə alınıb.
Namiq Zülfüqarovun idarə etdiyi “Chevrolet” markalı, 90-RR-974 dövlət nömrə nişanlı avtomobil Ümid Alxasovun idarə etdiyi “KamAZ” markalı, 27-BM-301 dövlət qeydiyyat nişanlı yük maşını ilə toqquşub.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişinləri - 1986-cı il təvəllüdlü Zülfüqarov Namiq Şinağa oğlu, Qarayev Şahin Canəhməd oğlu və Əliyev Anar Qərib oğlu hadisə yerində, 1986-cı il təvəllüdlü Cəlilov Tərlan Zakir oğlu isə xəstəxanada dünyasını dəyişib.
Avtomobildə olan digər sərnişin, 1989-cu il təvəllüdlü Qəribov Emin Qəribşah oğlu ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti stabildir.
Faktla bağlı Pirallahı rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Bakıda dəhşətli qəza: dörd nəfər öldü - YENİLƏNİB
Könül Cəfərli
www.oxu.az
Oxu.Az yeniləndi!