10 
Dek
2018
11:02
8
172
4328
Virtual karabakh

Masallıda evdə partlayış: ölən və yaralılar var

10 Dek, 2018
11:02
4328

Masallıda evdə partlayış: ölən və yaralılar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallı rayonunun Sığıncaq kəndi ərazisində yaşayış evinin qarajında qaz sızması nəticəsində partlayış baş verib.

Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, hadisə nəticəsində bir ailənin iki üzvü, Müseyibov Əli Əbülfəz oğlu, Müseyibov Məhəmməd Əbülfəz oğlu və ailənin yaxın qohumu Kərimov Sənan ağır yanıq xəsarətləri alıblar. 

Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıblar, onlara ilkin tibbi yardım göstərildikdən sonra Respublika Yanıq Mərkəzinə gətiriliblər.

Həkimlərin səylərinə baxmayaraq, bədən sətinin 100 faiz termiti yanığı, tənəffüs yollarının tamamən yanığı diaqnozu qoyulan Müseyibov Əli Əbülfəz  oğlunun (2005-ciil təvəllüdlü) həyatını xilas etmək mümkün olmayıb.

Digər iki şəxs - Müseyibov Məhəmməd (2010-cu il təvəllüdlü) və Kərimov Sənanın (2006-cı il təvəllüdlü) bədən sətinin 65-70 faiz termiti yanığı və tənəffüs yollarının yanığı diaqnozu ilə müalicələri davam edir, vəziyyətləri ağırdır.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri