Rusiyaya turist səfərlərinin ümumi sayı cari ilin doqquz ayı ərzində 1,4 faiz artaraq, 19 milyon 245 min nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, “Turstat” analitik agentliyinin ekspertləri Cənubi-Şərqi Asiya, ABŞ və Avropa İttifaqı ölkələrindən gələn turistlərin sayında artımı DÇ-2018-lə əlaqələndirir.
Rusiyaya 2017-ci ildə (qeyri-yaşayış məqsədli) səfər edən turistlərin ümumi sayı 24 milyon 390 min nəfər təşkil edir.
Futbol üzrə dünya çempionatı hesabına Avropa ölkələrindən olan turistlərin sayı əhəmiyyətli dərəcədə artıb: Almaniyadan yanvar-sentyabr aylarında 546 min nəfər (+10%), Fransadan 168 min nəfər (+13%), İtaliyadan 165 min nəfər (+9 %), İspaniyadan 103 min nəfər (+6 ), Xorvatiyadan 26 min nəfər (+271%), Portuqaliyadan 17 min nəfər (+31 %), ABŞ-dan (300 min nəfər (+19%) Böyük Britaniyadan 174 min nəfər (+14%), Kanadadan 54 min nəfər (+17%) və Avstraliyadan 62 min nəfər (+48 faiz) təşkil edib.
Bu arada, Rusiyaya gələn turistlər arasında Ukrayna (6,4 milyon – 4%), Qazaxıstan (2,7 milyon +1%), Çin (1,4 milyon +14%), Finlandiya (720 min – 8 %), və Azərbaycan (665 min, +1,5% ) vətəndaşları üstünlük təşkil edir.
Oxu.Az yeniləndi!
Rəylər