20 
Dek
2018
11:49
11
263
10246
Virtual karabakh

Azərbaycanda tənha kişini vəhşi heyvan evində parçalayıb

20 Dek, 2018
11:49
10246

Azərbaycanda tənha kişini vəhşi heyvan evində parçalayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daşkəsən rayonunun Almalı kəndində kişinin meyiti parçalanmış şəkildə tapılıb.

Bu barədə Oxu.Az-a açıqlamasında Almalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin sədri Səlim Ələsgərov bildirib.

Onun sözlərinə görə, hadisə barədə dünən xəbər tutublar:

“1959-cu il təvəllüdlü Quliyev Bəndər Ələkbər oğlu evində tənha yaşayırdı. Kənd meşəyə yaxın ərazidə yerləşir. Həmin kənddə ondan başqa kimsə yaşamırdı. Mərhum uzun illərdir orda tək yaşayırdı.

Meşədə heyvan otaran şəxs Bəndərin cəsədini evində çarpayıda uzanıqlı vəziyyətdə tapıb. Onun baş nahiyəsi döşəməyə tərəf sallanmış və vəhşi heyvan tərəfindən parçalanmış vəziyyətdə olub”.

Hazırda faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri