26 
Dek
2018
17:37
17
151
9430
Virtual karabakh

Azərbaycanda bələdiyyə seçkilərinin tarixi bilindi

26 Dek, 2018
17:37
9430

Azərbaycanda bələdiyyə seçkilərinin tarixi bilindi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda 2019-cu ildə keçiriləcək bələdiyyə seçkilərinin tarixi məlum olub. 

Oxu.Az-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli 12 nömrəli qərarı ilə 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilən zaman qeyd edilib.

Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 211.1-ci və 213-cü maddələrinə əsasən bələdiyyələrin səlahiyyət müddəti beş ildir.

Bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası təyin edir və bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci iki gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir.

2019-cu ilin iş vaxtı normasının hesablanması məqsədilə rəsmi elan olunanadək şərti olaraq istehsalat təqvimində 2019-cu ilin 27 dekabr tarixi iş günü hesab edilməyən Bələdiyyə seçkiləri günü kimi nəzərə alınır. 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri