Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanda iki hakim vəzifəsindən getdi
Naxçıvan Ali Məhkəməsinin iki hakimi vəzifəsindən azad olunub.
Oxu.Az xəbər verir ki, bu barədə parlamentin bu gün keçirilən plenar iclasının son iclasında məlumat verilib.
Qeyd edilib ki, sənəd prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olub.
Layihədə göstərilir ki, Məhkəmə-Hüquq Şurasının təkliflərinin nəzərə alınaraq Polad Həsənovun və Qabil Məmmədovun vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Naxçıvan Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi təklif edilir.
Layihə səsə qoyularaq qəbul edilib.
Kamil HƏMZƏOĞLU
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər