Əlilliyi olan şəxslərin yollarda sərbəst hərəkətinin təmin edilməsi planlaşdırılır.
Oxu.Az-ın məlumatına görə, bu barədə məlumat “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün” Dövlət Proqramında yer alıb.
Azərbaycanda əlilliyi olan şəxslərin yollarda sərbəst hərəkətinin təmin edilməsi üçün tədbirlər (piyada keçidlərinin ayaqla hiss edilə biləcək qabarıq elementlərlə, işıqforların səs siqnalı ilə təchiz edilməsi və s.) görülməsi, layihələndirilməsi, tikintisi və təmiri nəzərdə tutulan avtomobil yollarının əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılması aidiyyəti qurum və nazirliklərə tapşırılıb.
Dövlət Proqramında qeyd edilib ki, səkilərdə piyadaların hərəkəti üçün maneələrin aradan qaldırılması və gələcəkdə belə maneələr yaradılması hallarının qarşısının alınması, səkilərin ölçülərinin dövlət şəhərsalma norma və qaydalarına uyğunluğunun təmin edilməsi aparılacaq.
Avtomobil yollarında yolayrıcılarının təhlükəsizlik səviyyəsinin yüksəldilməsi və yolların xüsusiyyəti imkan verdiyi hallarda hərəkətin maneəsiz təşkili üzrə müvafiq təkmilləşdirmə tədbirləri həyata keçiriləcək.
İlhamə Əbülfət
Rəylər