Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Turizmlə bağlı yeni qanun layihəsi hazırlanır - AÇIQLAMA
Komitəmizin gündəmində, “mətbəxi”ndə turizmlə bağlı yeni qanun layihəsi var.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
Onun sözlərinə görə, adıçəkilən qanun layihəsinin parlamentin qarşıdan gələn 2019-cu il yaz sessiyasında öncə komitə səviyyəsində, sonra isə plenar iclaslarda müzakirəsi nəzərdə tutulur.
“Hələ ki, turizmdən savayı gündəmimizdə olan ayrıca qanun layihəsi yoxdur.
Biz yaz sessiyasında bu qanun layihəsi ətrafında müzakirələri nəzərdə tuturuq. Çox güman ki, onu yaz sessiyasının plenar iclasına da çıxara biləcəyik.
Artıq neçə müddətdir ki, qanun layihəsi üzərində də işlər gedir və davam etdirilir.
Qeyd edim ki, son illər Azərbaycanda turizm çox sürətlə inkişaf edir.
Ölkəmiz turizm ölkəsinə çevrilməkdədir. Odur ki, bu yöndə yeni qanun lazımdır.
Bu baxımdan da, yaz sessiyasında daha çox bu məsələ üzərində durmağı və onun müzakirələrə çıxarmağı hədəfləyirik”, - deyə, komitə sədri sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
"Milli Məclis" teqi üzrə xəbərlər
- Sabiq millət vəkili vəfat edib
- Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana CAVAB
- Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB
- Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin - YENİ TƏKLİF
- Milli Məclis Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı TƏLƏB ETDİ
Rəylər