Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Təhsil müəssisələri olan ərazilərdə nəqliyyatın sıxlığı azaldılacaq
Təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol hərəkəti təşkil olunacaq.
Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumat “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün” Dövlət Proqramında yer alıb.
Sənədə əsasən, iri yaşayış məntəqələrindəki təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə avtomobil yollarında hərəkət sıxlığını azaltmaq məqsədilə küçə-yol şəbəkəsinin xüsusiyyətləri və digər təhlükəsizlik meyarları nəzərə alınmaqla, yol hərəkətinin təşkilinə dair təkliflər hazırlanacaq.
Təhsil müəssisələrinin bilavasitə yaxınlığında yerləşən küçə-yol şəbəkəsində müvafiq sürət məhdudiyyətinin müəyyən edilməsi və yol hərəkəti təşkilinin texniki vasitələrinin tətbiqinə xüsusi diqqət yetiriləcək.
İlhamə Əbülfət
"Azərbaycan" teqi üzrə xəbərlər
- Deputat: "Gündə 5 milyon barel neft çıxaran Kanadanın Azərbaycana nəsə deməsi ikiüzlülükdür"
- Bu qışın Avropada daha sərt olacağı gözlənilir, bəs Azərbaycanda necə?
- Azərbaycanda növbəti bələdiyyə seçkisinin vaxtı təyin edilib
- Yaşar Güler: "Qafqazda sabitlik Azərbaycan-Ermənistan sülh sazişi vasitəsilə əldə olunacaq"
- NATO nümayəndələri Bakıya səfərə gəliblər