Güclü külək nəticəsində Bakıda dörd ağac aşıb.
Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib.
Onun sözlərinə görə, dünən gecə saatlarından başlayan güclü külək nəticəsində paytaxtın müxtəlif ərazilərində ağacların aşması qeydə alınıb:
“Gecə saat 03:00-dan sonra dörd ağac aşıb”.
Orxan Məmmədov qeyd edib ki, ağaclar Nəsimi və Yasamal rayonlarında aşıb:
“Biri sağlam Eldar şamı idi. Hazırda birliyimiz gücləndirilmiş iş rejimində çalışır”.
İlhamə Əbülfət
Rəylər