Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti Pirallahıda 30 m/s, Bakı, Sumqayıt, Maştağa, Biləcəridə 40 m/s-dək şiddətlənib.
Bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahdan məlumat verilib.
Məlumatda qeyd edilir ki, dalğanın maksimal hündürlüyü açıq dənizdə 7,9 metr təşkil edir:
“Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcə isti təşkil edir”.
15:24
Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 30 m/s, Sumqayıtda küləyin ani, maksimal sürəti 40 m/s-yə çatıb.
Bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahdan məlumat verilib.
Məlumatda qeyd edilir ki, dalğanın hündürlüyü açıq dənizdə 7,5 metrdir:
“Respublika ərazisinin əksər rayonlarında yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcə isti, dağlıq rayonlarda 1-3 dərəcə şaxta, dağətəyi rayonlarda 0-3 dərəcə isti aran rayonlarda 4-6 dərəcə isti təşkil edir”.
12:44
Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 28-36 m/s təşkil edir.
Bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahdan məlumat verilib.
Məlumatda qeyd edilib ki, dalğanın hündürlüyü Günəşli yatağında 5,3 metrdir:
“Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda, paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcə isti təşkil edir və sulu qar yağır”.
Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir 30-35 m/saniyəyədək şiddətlənib.
09:00
Bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahdan məlumat verilib.
Dalğanın hündürlüyü “Günəşli” yatağında 4,8 metrə çatıb. Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda, paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4-5 dərəcə isti təşkil edir
07:19
Bakıda əsən şimal-qərb küləyinin sürəti saniyədə 24 metrə çatır, Abşeron yarımadasında isə saniyədə 26 metr, arabir 30 metrə qədər şiddətlənir.
Bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahdan məlumat verilib.
Dalğaların hündürlüyü “Günəşli” yatağında 3,8 metr təşkil edir.
Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti Pirallahıda 30 m/s, Bakı, Sumqayıt, Maştağa, Biləcəridə 40 m/s-dək şiddətlə...
Rəylər