Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Donuz ilində “donuz qripi” azərbaycanlıları da “vurdu”
Gürcüstanın azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda üç nəfər soydaşımız “donuz qripi” virusuna yoluxub.
Oxu.Az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, H1N1 virusuna yoluxan 59 yaşlı kişi qrip əlamətləri ilə rayon xəstəxanalarından birinə yerləşdirilib.
Xəstənin vəziyyəti ağırdır və onun müalicəsi reanimasiya şöbəsində davam etdirilir. H1N1 virusuna yoluxma halı laboratoriyada təsdiqini tapıb.
Daha bir xəstə isə 39 yaşlı qadındır və onun da vəziyyəti ağır olaraq qalır.
Üçüncü xəstə isə beş yaşlı uşaqdır və onun da vəziyyəti ağırdır.
Xatırladaq ki, Gürcüstanda indiyə qədər H1N1 - “donuz qripi” virusundan 17 nəfər dünyasını dəyişib.
Rəylər