18 
Yan
2019
14:20
76
147
16453
Virtual karabakh

Umayra Tağıyeva növbəti günlərin hava proqnozunu açıqladı

18 Yan, 2019
14:20
16453

Umayra Tağıyeva növbəti günlərin hava proqnozunu açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Növbəti 2-3 gün ərzində ölkə ərazisində hava şəraiti yağmursuz olacaq və temperatur yüksələcək.

Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, Bakı və Abşeron yarımadasında havanın temperaturu bu gün 4-5 dərəcə yüksələcək, sonrakı günlərdə isə iqlim normasına yaxınlaşacaq.

“Küləyin hazırkı sürəti saniyədə 16 metrdən artıq deyil, Xəzər dənizi akvatoriyasında isə dalğanın hündürlüyü 3-5 metr arasında tərəddüd edir. Ölkə ərazisində müşahidə edilən güclü külək artıq səngiyir”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri