Fev
2019
13:43
44
896
34166
Virtual karabakh

Bakıda məşhur hoteldə azyaşlı zorlandı

3 Fev, 2019
13:43
34166

Bakıda məşhur hoteldə azyaşlı zorlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda 14 yaşlı qızın evli kişi tərəfindən “Ambassador” hoteldə zorlandığı iddia olunur. Zərərçəkmiş şəxsin vəkili Elnur Nəcəfovla əlaqə saxladıqda, o sözügedən məlumatların zərərçəkmiş şəxsin qanuni nümayəndəsi tərəfindən ictimailəşdirildiyini bildirib.

Vəkil Oxu.Az-a deyib ki, azyaşlı qızın atası müxtəlif dövlət və qeyri-dövlət qurumlarına sözügedən məsəlı ilə bağlı çoxsaylı müraciətlər edib.

Həmin müraciətlərlə zərərçəkən şəxsin qanuni nümayəndəsi iddia edir ki, “Ambassador” hotelinin marketinq üzrə meneceri, eyni zamanda onlarla qonşuluqda yaşayan 26 yaşlı Əhmədov Nəriman Asif oğlu yetkinlik yaşına çatmayan qızı öz maşınına mindirərək “Ambassador” hotelə aparıb və orada onunla cinsi münasibətdə olub.

Hadisənin yanvar ayında baş verdiyi bildirilib. Bundan əlavə həmin şəxsin ayrı-ayrı vaxtlarda dörd dəfə azyaşlını hotel nömrəsinə apardığı da iddia edilir.

Vəkil zərərçəkmiş şəxsin atasının mediaya verdiyi açıqlamlarda yetkinlik yaşına çatmayan qızın bəkarətinin pozulduğuna dair iddiaların da yer aldığını qeyd edib:

“Qızın atası faktla bağlı Bakı Şəhər Prokurorluğuna müraciət edib. Prokurorluq isə öz növbəsində işi Nəsimi Rayon Polis İdarəsinə yönəldib. Həmin şəxs haqqında cinayət işi başlanıb. Cinayət işi üzrə məsələ ilə bağlı müəyyən materiallar və ziddiyyətli məqamlar nəzərə alınaraq faktla bağlı ekspertiza təyin edilib.

Ekspertizanın rəyi alınanadək isə N. Əhmədovun həbs edilməsi ilə bağlı polis və zərərçəkmiş şəxs tərəfindən vəsatət verilib. Lakin ekspertiza zərərçəkmişin iddialarının əksinə olaraq, azyaşlının bəkarətinin pozulmadığına dair qərar çıxarıb. Məhkəmənin qərarı ilə qarşı tərəfə ev dustaqlığı qərarı verilib. Zərərçəkmiş tərəf məhkəmənin və ekspertizanın çıxardığı qərardan narazı olduğunu bildirir”.

Qeyd edək ki, atası qızını başqa bir həkim yoxlamasına aparıb. Həkimlərin sözlərinə görə, azyaşlıda zorakılıq əlamətləri və bəkarətin pozulması faktı var. Ekspertiza rəyində isə bunun əksi qeyd edilib.

Zərərçəkmişin atası hadisə gününə dair videogörüntülərin çəkildiyini, lakin dəlillərin gizlədildiyini qeyd edir:

“26 yaşlı şəxs özü evlidir. Hadisə ciddi şəkildə araşdırıldığı üçün həmin şəxs bütün yazışmaları, görüntüləri silib və telefonunu satıb. Telefonun kimə satıldığı məlum deyil. Haqqında irəli sürülən bütün iddiaları təkzib edir, azyaşlını heç vaxt öz avtomobilinə mindirmədiyini bildirir. Hotel nömrəsində onunla sadəcə söhbət etdiyini deyir”.

Vəkil şikayətin Cinayət Məcəlləsinin 150 (Seksual xarakterli zorakılıq hərəkətləri) və 152.1 (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddələri ilə verildiyini deyib. Lakin hazırda Cinayət Məcəlləsinin yalnız 152.1-ci maddəsi ilə cinayət işi açıldığı bildirilib.

Vəkil zərərçəkmiş 14 yaşlı qızın valideynlərinin prosesin gedişindən qəti şəkildə narazı olduqlarını qeyd edib:

“Məhkəmənin qərarından apellyasiya şikayəti vermişik. Bazar ertəsi saat 10:00-a məhkəmə prosesi təyin olunub. Qızın atası yenidən ekspertiza təyin edilməsini istəyir. Əgər Azərbaycanda təkrar eyni qərar çıxarılarsa (bəkarətin pozulmadığına dair –red.) dərhal qızı ilə Gürcüstanda və ya Türkiyədə aidiyyəti məsələ ilə bağlı müayinənin aparılması üçün ixtisaslaşmış mərkəzlərə müraciət edəcəyini deyir”.

Vəkil iddia edilən məsələlərlə bağlı zəruri tədbirlərin görülməsinə dair vəsatətlərin verildiyini də qeyd edib:

“Həmin vəsatətlər üzrə iddiaların sübuta yetirilməsi ilə bağlı aidiyyəti orqanlar tərəfindən mümkün istiqamətlər üzrə işlər görülür, bu haqda istintaq gedir, təfərrüatları barədə açıqlama verilə bilməz. Bütün dəlillər toplandıqdan və məhkəmə tərəfindən təsdiq olunduqdan sonra məsələ ilə bağlı yekun fikir söyləmək mümkündür”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri