13 
Fev
2019
10:43
36
229
8084
Virtual karabakh

Sumqayıt-Bakı qatarı qadını vurdu - Relsin üstü ilə gəzirmiş

13 Fev, 2019
10:43
8084

Sumqayıt-Bakı qatarı qadını vurdu - Relsin üstü ilə gəzirmiş

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt-Bakı istiqamətində hərəkət edən sürət qatarı qadını vurub.

Bu barədə Oxu.Az-a Abşeron rayon Prokurorluğundan məlumat verilib. 

Hadisə qatarın Xırdalan şəhəri ərazisindən keçən hissəsində, dünən səhər saatlarında baş verib. 

Polis və prokurorluq orqanları Xırdalan şəhəri ərazisində hadisə yerinə baxış keçirib.

Məlum olub ki, Abşeron rayon Xırdalan şəhər sakini, 1978-ci il təvəllüdlü Abbasova Roza Maşallah qızı Xırdalan şəhəri, “Çexkalon” adlanan ərazidə qatar relsinin üstü ilə gedərkən Sumqayıtdan Bakıya gələn “Ştabler” markalı sürət qatarının vurması nəticəsində həyatını itirib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (Dəmiryolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri