Ağdamda qəzalı vəziyyətə düşən tarixi məscid bərpa edilir.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, məscid 1907-ci ildə Xındırıstan kənd sakini Hacı Cabbar bəy tərəfindən tikilib.
Bir əsrdən artıq yaşı olan tikili əvvəlcə yaşayış üçün nəzərdə tutulsa da, ötən əsrin 30-cu illərində taxıl anbarı, 80-ci illərində Tarix-Diyarşünaslıq Muzeyi, 90-cı illərdən sonra isə məscid kimi fəaliyyət göstərib.
Binada bərpa işləri ilə paralel, dayanıqlığını artırmaq üçün beton-bərkitmə işləri də aparılır.
Məscidin xarici görünüşü işğal altındakı Ağdam şəhərində olan məscidin layihəsi əsasında bərpa edilir. Layihəyə uyğun olaraq məsciddə qoşa minarə də inşa ediləcək.
Təmir-bərpa işlərinin qısa müddətdə yekunlaşdırılması nəzərdə tutulub.
Ağdamda qəzalı vəziyyətə düşən tarixi məscid bərpa edilir.Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, məscid 1907-ci ildə Xındırıstan kənd sakini Hacı Cab...
Rəylər