30 
Yan
2020
13:10
79
25
4599
Virtual karabakh

Yanvarın son gününə olan hava proqnozu

30 Yan, 2020
13:10
4599

Yanvarın son gününə olan hava proqnozu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 11-15, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında yanvarın 31-də hava yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 31-də Abşeron yarımadasında metoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri