Apr
2020
21:33
369
143
9331
Virtual karabakh

Sumqayıt sakinləri karantin rejimini pozdular, polis hərəkətə keçdi - VİDEO

1 Apr, 2020
21:33
9331

Sumqayıt sakinləri karantin rejimini pozdular, polis hərəkətə keçdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda xüsusi karantin rejimini pozduğu üçün 100-ə yaxın şəxs cərimələnib.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, koronavirus pandemiyası ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına qarşı mübarizə tədbirləri Sumqayıt şəhəri ərazisində də davam etdirilir.

Şəhərin bütün küçə və prospeklərində, park və xiyabanlarında xidmətə cəlb edilən polis, eləcə də daxili qoşunların əməkdaşları insanlarla profilaktik söhbətlər aparırlar.

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, Sumqayıt şəhərində bu gün 92 nəfər  xüsusi karantin qaydalarını pozan şəxs barəsində  Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək cərimə ediliblər.

Tədbir çərçivəsində Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən də sürücülər saxlanılaraq onlardan xüsusi karantin rejiminə əməl etmələri tələb edilib.

Qeyd edək ki, Sumqayıt şəhərində polis əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində  küçə və prospektlərdə, parklarda insanların hərəkət tamamilə dayandırılıb. Yalnız zəruri ehtiyacları üçün küçələrə çıxan insanların və nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir.

Sumqayıt şəhərində polis və daxiili qoşunların əməkdaşlarından ibarət yaradılan mobil qruplar vasitəsilə xüsusi karantin rejiminə fasiləsiz olaraq nəzarət edilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri