Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Rəhim Rəsulov dəfn edilib
Qalıqları Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Rəhim Əlyar oğlu Rəsulovun nəşi Sumqayıt şəhərinə gətirilib.
"Report"un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Sumqayıtda ailəsinə təhvil verilib.
Şəhidin nəşi Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Sumqayıt Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Rəhim Əlyar oğlu Rəsulov 1967-ci il dekabrın 19-da anadan olub. O, 1991-ci il dekabrın 28-də Kərkicahan kəndində itkin düşüb.
"Şəhid dəfni" teqi üzrə xəbərlər
- Birinci Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq
- Şəhid qardaşı: "Valideynlərim onun qalıqlarının tapıldığını eşitsələr də, dəfnini görmədilər"
- Şəhidin nişanlısı: "Ondan sonra ailə qurmadım, bu günə qədər yolunu gözlədim"
- Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi dəfn edilib
- Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi dəfn olunacaq