“Bu gün koronavirusdan vəfat edənlərdən biri - 1962-ci il təvəllüdlü şəxs Gəncə Şəhər Xəstəxanasının həkimidir”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O qeyd edib ki, həkimin yanaşı xəstəlikləri olub:
“O, aprelin 30-da Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Göstərilən cəhdlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb”.
“Bu gün koronavirusdan vəfat edənlərdən biri - 1962-ci il təvəllüdlü şəxs Gəncə Şəhər Xəstəxanasının həkimidir”.Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabinet...
İlhamə Əbülfət
Rəylər