Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakıdakı kəskin üfunət qoxusu ilə bağlı ETSN-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin iy-qoxunun yayılması ilə bağlı ETSN-nin mütəxəssisləri tərəfindən araşdırma aparılıb.
Bu barədə Oxu.Az-ın soğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, iy-qoxunun son günlər müşahidə edilən yüksək temperaturun və durğun hava şəraitinin üstünlük təşkil etməsi səbəbindən kanalizasiya sularının axıdıldığı Böyük Şor gölündən yayıldığı ehtimal edilir.
Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev qeyd edib ki, mütəxəssislərimiz tərəfindən sözügedən ərazidə monitorinq keçirilib, atmosfer havasından nümunələr götürülüb. Sabah bu barədə daha dəqiq məlumat veriləcək.
İlhamə Əbülfət
22:21
Hazırda Bakının bəzi ərazilərində havadan üfunət iyi gəlir.
Oxu.Az xəbər verir ki, bu haqda sosial şəbəkələrdə də geniş müzakirələr gedir.
Müxtəlif istifadəçilərin bildirdiklərinə görə, qoxu daha çox 3, 6, 7, 8, 9-cu mikrorayonlar, Dərnəgül, Nərimanov metrostansiyaları ətrafında, eləcə də şəhərin digər ərazilərində hiss olunur.
Qoxunun səbəbi haqda açıqlama verilməyib.
Rəylər