Avq
2021
11:56
278
58
10447
Virtual karabakh

Tahir Kərimli: “Onda belə çıxır ki, hərəmizin bir adla deputat səlahiyyətini ləğv etsinlər” - VİDEO

3 Avq, 2021
11:56
10447

Tahir Kərimli: “Onda belə çıxır ki, hərəmizin bir adla deputat səlahiyyətini ləğv etsinlər” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin iclasında deputat Tahir Kərimli ilə spiker Sahibə Qafarova arasında mübahisə yaranıb. 

Oxu.Az-ın məlumatına əsasən, T.Kərimli bildirib ki, deputatın yiyəsi yoxdur, lakin polisin yiyəsi var.

O təklif edib ki, polislə Eldəniz Səlimovu barışdırmaq olardı.

Milli Məclisin sədri Sahibə Qafarova isə Tahir Kərimliyə sərt cavab verib: “Necə yəni deputatın yiyəsi yoxdur? Milli Məclisi xalq seçir. Şəxsən mən bir səs yazısını sizə dinlətdirəcəyəm, ondan sonra görək, eyni fikirləri səsləndirəcəksiniz?”, - deyə S.Qafarova əlavə edib.

Tahir Kərimli fikirlərinə əlavə edib ki, məsələni bu qədər böyütmək lazım deyildi: “İşdi, olub. Barışdırardım çıxıb gedərdi. Onda belə çıxır ki, hərəmizin bir adla deputat səlahiyyətini ləğv etsinlər. Onda camaat elə düz deyir, parlament buraxılıb yeni seçki keçirilsin”.

Rəsmi məlumata əsasən, iyulun 29-da saat 01:00 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimov xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşına zor tətbiq edib.

Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri