19 
Okt
2021
18:52
460
266
15935
Virtual karabakh

Azərbaycanda səkkiz məktəb və iki bağçada dərslər dayandırıldı - YENİLƏNİB

19 Okt, 2021
18:52
15935

Azərbaycanda səkkiz məktəb və iki bağçada dərslər dayandırıldı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtdakı 322 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bakı Şəhər üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 322 nömrəli tam orta məktəbdə COVİD-19 infeksiyasına yoluxma halları ilə əlaqədar məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb.

Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 322 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

13:54

Gəncə şəhəri üzrə də dörd məktəbdə koronavirusa görə siniflərdə dərslər onlayn şəkildə davam etdiriləcək. 

Oxu.Az-ın məlumatına görə, şəhərdə fəaliyyət göstərən dörd məktəbin hər birində bir sinif olmaqla koronovirusla bağlı dərslər distant formada keçiriləcək.

12:52

Ölkə üzrə fəaliyyət göstərən bir neçə məktəb koronavirusa görə bağlanıb. 

Oxu.Az-ın məlumatına görə, üç məktəb və iki bağçada dərslər dayandırılıb. 

Belə ki, Zərdab şəhəri H.Zərdabi adına 1 saylı məktəb lisey, Şabranda iki məktəbdə şagirdlər və müəllimlər arasında koronavirusa yoluxma aşkar edilib. 

Bu səbəbdən Zərdabdakı məktəb və Şabrandakı iki məktəbin hərəsində bir sinif olmaqla dərslər distant formada davam etdiriləcək.

Eyni zamanda, Zərdab rayonunun Məmmədqasımlı və Məlikli kəndində fəaliyyət göstərən bağçalar koronavirus səbəbindən bağlanıb. 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri