Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanda axund azyaşlıya təcavüz edib? - DİN-dən AÇIQLAMA
Qazax rayonunun axundu tərəfindən azyaşlı qıza təcavüz edilib.
Bu barədə sosial şəbəkələrdə iddialar səsləndirilib.
Bildirilib ki, azyaşlıya təcavüz edilsə də, polis məsələni araşdırmır.
Məsələ barədə Daxili işlər Nazirliyi ilə əlaqə saxladıq.
DİN-nin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə Qazax rayonunun axundu olan İlham Süleymanovun rayon məscidində azyaşlı qıza təcavüz etməsi və etdiyi cinayətin Qazax rayon Polis Şöbəsində araşdırılmadan xitam verilməsi barədə iddialar əsassızdır:
“Məlumat böhtan xarakterlidir. Məlumat üçün qeyd edim ki, 2016-cı ildə Qazax rayon Polis Şöbəsinə rayonun sakini T. İsmayılovanın İlham Süleymanov tərəfindən tez-tez zəng edilərək narahat edilməsi barədə məlumat daxil olub və müvafiq araşdırmalar aparılaraq məsələyə hüquqi qiymət verilib”.
İlhamə Əbülfət
"DİN" teqi üzrə xəbərlər
- Xaçmaza yeni polis rəisi təyin olunub
- Zaqatalada bıçaqlanma olub, saxlanılan var
- Dörd milyon manat necə ələ keçirilib? - Bıçaqlandığı deyilən sabiq prokuror müavininin də pulu gedib
- Birdəfəyə 50 min manatı getdi: Gizli kodlarla kim maraqlanır?
- 27 yaşlı oğlan arvadının şəkillərini başqa kişiyə göndərdiyini görüb ona XƏSARƏT YETİRDİ
Rəylər