Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Avropa Liqası: "Beşiktaş"dan inamlı qələbə
Avropa Liqasının Liqa mərhələsinin VII turunda Türkiyənin "Beşiktaş" klubu doğma meydanında İspaniyanın "Atletik Bilbao" komandasını qəbul edib.
Oxu.Az xəbər verir ki, oyun Türkiyə klubunun tam üstünlüyü ilə keçib. "Qara qartallar" 4 qol vurublar, öz qapılarından isə 1 top buraxıblar. Ev sahiblərinin heyətində Milot Raşitsa dubla imza atıb. Hərəyə bir dəfə də Rafa Silva və Joao Mario fərqləniblər - 4:1.
Bu nəticədən sonra xallarını 9-a çatdıran İstanbul təmsilçisi 18-ci pilləyə yüksəlib. Bilbao klubu isə 16 xalla 2-ci pillədə qərarlaşıb.

Bu gün Avropa Liqasının Liqa mərhələsinin VII turunda Türkiyənin "Beşiktaş" klubu doğma meydanında İspaniyanın "Atletik Bilbao" komandasını qəbul edir.
Oxu.Az bildirir ki, Yulian Ueynberqin idarə etdiyi oyun başlayıb.
Bu gün Avropa Liqasının Liqa mərhələsinin VII turunda Türkiyənin "Beşiktaş" klubu doğma meydanında İspaniyanın "Atletik Bilbao" komandasını qəbul edəcək.
Bakı vaxtı ilə saat 19:30-da start götürəcək oyunu Oxu.Az portalından canlı olaraq izləyə bilərsiniz.
Bu gün UEFA Avropa Liqasında daha bir görüş keçiriləcək.
Oxu.Az xəbər verir ki, Liqa mərhələsinin VII turunda "Beşiktaş" doğma meydanda "Atletik Bilbao"nu qəbul edəcək.
Qarşılaşmanı Yulian Ueynberqin başçılıq etdiyi avstriyalı hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.
22 yanvar
UEFA Avropa Liqası
VII tur
Saat 19:30, "Beşiktaş" - "Atletik Bilbao".
"UEFA Avropa Liqası" teqi üzrə xəbərlər
- Mauro İkardi yenə öz ampluasında - "Fənərbağça"nı hədəf aldı
- UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypers Azərbaycana səfər edəcək
- AFFA rəsmisi "Fənərbağça"nın matçına təyinat aldı
- UEFA Avropa Liqası: "Qalatasaray" turniri tərk etdi
- Bu gün keçiriləcək Avropa Liqasının pley-off oyunlarını hansı kanallardan izləmək olar?