Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Xətai rayonunda içməli su fasilələrlə verilir? - AÇIQLAMA
Paytaxtın Xətai rayonunun Səməd bəy Mehmandarov küçəsi, 74 ünvanında yaşayan sakinləri günün istənilən vaxtı su problemi yaşayırlar. Səbəb isə çox sadədir. Binada çənlərə icazə verilmir, su isə qrafiklə verilir.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, onların sözlərinə görə, illər öncə binalarının damındakı çənlər yığışdırılarkən suyun fasiləsiz veriləcəyi bildirilsə də, bu, sadəcə vəd olaraq qalıb.
Vətəndaşlar bildiriblər ki, problemlə bağlı müxtəlif qurumlara müraciət etsələr də, vəziyyət dəyişməyib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirilib ki, qeyd olunan ərazidə suyun verilməsi qrafikli rejimlə tənzimlənir. Bu rejimin tətbiqi bütün abonentlərin dayanıqlı içməli su ilə təminatına hesablanıb.
Əhalinin fasiləsiz su ilə təminatı istiqamətində mərhələli şəkildə işlər həyata keçirilir. Sözügedən yaşayış binasından su çənlərinin yığışdırılması isə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə aid məsələ deyil.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, binaların damından çənlər yığışdırılsa da, fasiləsiz su ilə təmin olunmayan ünvanlarda sakinlər su çənlərindən istifadə edə bilərlər. Amma burada da xüsusi meyarlar var.
İcra Hakimiyyətindən o da əlavə olundu ki, su çənlərinin yığışdırılmasına səbəb damların əsaslı təmiri, bir çox lift şaxtalarının yüklənməsi və binalardakı təhlükə ilə əlaqədar olub.
Ətraflı süjetdə:

"İçməli su" teqi üzrə xəbərlər
- "Qobu Park-2" yaşayış massivində içməli suyun verilişində yaranan problemlə bağlı AÇIQLAMA
- ABŞ-də məşhur su markasına qarşı iddia: "Xərçəng yaradır"
- Binəqədidə içməli su yola axıdılır - ŞİKAYƏT
- Su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma xidmətinə görə YENİ TARİFLƏR
- Sumqayıtda suyun verilişində fasilə yaranacaq