Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İmişlidəki qəzada xəsarət alan məktəbli DÜNYASINI DƏYİŞDİ
İmişlidə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan məktəbli dünyasını dəyişib.
Bu məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq verilib.
Qeyd olunub ki, "Yeni Klinika"ya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olmayıb.
"Yanvarın 18-də İmişli rayonu, Yalavac kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alaraq "Yeni Klinika"ya hospitalizasiya olunan azyaşlı qız həkimlərin çoxsaylı səyinə baxmayaraq, bu gecə saat 01:45-də ölüb.
Məlumata görə, 2015-ci il təvəllüdlü azyaşlının sağ bazu və sağ mil sümüyündə, eləcə də sağ təpə sümüyündə sınıq, ağciyərində təktərəfli pnevmotoraks aşkarlanmış, döş qəfəsi balonu yerləşdirilmişdi. Sağ təpə sümüyündəki təktərəfli sınıq və beyindəki ağır ödəm səbəbi ilə həkim-neyrocərrahlar tərəfindən dekompresyon kraniotomiya əməliyyatı icra edilmiş və pasiyent tibb müəssisəsinin Uşaq reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs cihazına qoşulmuşdu və yüksək inotrop dəstəyi alırdı", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, Dövlət Yol Polisi əməkdaşının idarə etdiyi avtomobil xidmətə gedən zaman qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində yol kənarında olan uşaqlara dəymişdi. Hadisə yerində 2 nəfər ölüb, əlavə 2 nəfər, o cümlədən YPX avtomobilinin sürücüsü xəsarət almışdı.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Əzizə İsmayılova
Mövzuya aid xəbərlər
- İmişlidə iki uşağın ölümü ilə nəticələnən qəzaya görə təqsirləndirilən 17 yaşlı oğlan HƏBS EDİLDİ
- İmişlidə baş vermiş dəhşətli qəza ilə bağlı TƏFƏRRÜAT: Avtomobili yeniyetmə idarə edirmiş
- DİN İmişlidəki qəzadan daha bir video yaydı
- İmişlidə iki azyaşlının ölümünə səbəb olan avtoqəza ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA