19 
Yan
2022
11:38
91
1386
37837
Virtual karabakh

Hacı Zeynalabdin Tağıyevin abidəsinə zərər vuranların kimlikləri açıqlandı - YENİLƏNİB + FOTO/VİDEO

19 Yan, 2022
11:38
37837

Hacı Zeynalabdin Tağıyevin abidəsinə zərər vuranların kimlikləri açıqlandı - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verildiyi kimi, dünən naməlum şəxslər paytaxtın Səbail rayonunda Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vurublar. Zərər vuran şəxslərin kimlikləri müəyyən edilib. 

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar Səbail RPİ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxslər – 1991-ci il təvəllüdlü Vüqar Tağızadə, 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli ilə müəyyən olunaraq saxlanılıb. 

Qeyd olunan hərəkətlərdə xuliqanlıq, tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama əməlinin tərkib əlamətləri olduğundan fakta görə Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-cü (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə cinayət işi başlanılıb. 

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

08:23

Xəbər verdiyimiz kimi ötən gün Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı olub. Lakin təəssüf ki, gecə saatlarında heykəl zədələnib.

Məsələ barədə Oxu.Az-a açıqlamasında verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Hacı Zeynalabdin Tağıyevin abidəsinə ziyan vuran şəxslər müəyyən olunub:

“Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır”.

E.Hacıyev onu da bildirib ki, heykəlin zədələnmiş hissəsi artıq bərpa edilib.

Könül Cəfərli

00:23

Hacı Zeynalabdin Tağıyevin abidəsinin zədələnməsi araşdırılır.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Qeyd edək ki, sosial şəbəkələrdə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin zədələnməsi barədə görüntülər yayılıb.

23:35

Bu gün açılışı olan Hacı Zeynalabdin Tağıyevin heykəli artıq zədələnib.

Belə ki, Tağıyevin əlindəki təsbeh qırılaraq yerə düşüb. 

Bunu əks etdirən fotonu təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri