17 
Fev
2022
11:20
33
246
11951
Virtual karabakh

DİN-dən deputat Tahir Kərimlinin ölümlə hədələnməsi barədə AÇIQLAMA - VİDEO

17 Fev, 2022
11:20
11951

DİN-dən deputat Tahir Kərimlinin ölümlə hədələnməsi barədə AÇIQLAMA - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi (DİN) deputat Tahir Kərimlinin ölümlə hədələnməsi barədə yaydığı videoya münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, daxili işlər orqanlarına deputat Tahir Kərimli tərəfindən ölümlə hədələndiyi barədə hər hansı şikayət xarakterli müraciət daxil olmayıb.

Tahir Kərimlinin özü ilə əlaqə saxlamağa çalışsaq da, o, zənglərimizə cavab verməyib.

Qeyd edək ki, dünən deputat Tahir Kərimli oyuncaq əjdaha ilə video çəkib və onu ölümlə hədələyən şəxslərə səslənib. 

“Ey məni ölümlə hədələyən, sən məni öldürməklə adi bir insanı ortadan götürəcəksən. Amma mənim yerimə minlərlə oğul yetişəcək ki, onlar dövlətimizi daha da irəli aparacaq. Sən heç kimsən”, - deyə o bildirib.

Sözügedən videonu təqdim edirik:

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri