Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Rusiya İstintaq Komitəsi azərbaycanlı tələbələrin şüarlarında ekstremizm faktları aşkar etməyib
"İstintaq Komitəsi Rusiya hökuməti yanında Maliyyə Universitetinin əcnəbi tələbələrinin şüarlarında ekstremizm faktları aşkar etməyib".
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə komitənin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.
"Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin müstəntiqi tərcüməçi ilə birlikdə yuxarıda göstərilən hərəkətlərin əks olunduğu videoyazıları araşdırıb. Gənclərin sözlərində ekstremist xarakterli çağırışlar aşkar edilməyib. Gənclər qanunazid hərəkətlər etmədikləri üçün istintaq müvafiq prosessual qərar qəbul edəcək", - deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, Rusiya hökuməti nəzdində Moskva Maliyyə və Hüquq Universitetində (MMHU) "Mənim Vətənim: böyük və kiçik" adlı tələbə festivalı keçirilib.
Tədbir çərçivəsində MMHU-nun Azərbaycan klubuna dəstək məqsədilə digər universitetlərdən olan tələbələr - Azərbaycan diasporunun nümayəndələri də qoşulublar. Festivaldan sonra azərbaycanlı gənclər doğma dildə "Yaşasın Azərbaycan!" şüarını səsləndirməyə başlayıblar. Daha sonra sosial şəbəkələrdə guya azərbaycanlı tələbələrin qanunsuz ekstremist şüarlar səsləndirdiyi təhrif olunmuş səsli video yayılmağa başlayıb.
Müstəntiqlər internetdə yalan məlumat yayanları araşdıracaqlar.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Azərbaycana ən çox hansı ölkələrdən turist gəlir?
- Dövlət Departamenti BMT-nin Ukrayna ilə bağlı qətnamələrini FAYDASIZ adlandırdı
- Ukrayna ilə Rusiya arasında RAZILAŞMA: Kursk sakinləri təxliyə ediləcəklər
- Rusiya-Ukrayna müharibəsinin başlamasından üç il keçdi
- Fransada Rusiya Baş Konsulluğunun yanında PARTLAYIŞ TÖRƏDİLDİ