19 
İyl
2022
18:28
311
19
2039
Virtual karabakh

Azərbaycanlı şagirdlər Londonda 18 medal qazandılar

19 İyl, 2022
18:28
2039

Azərbaycanlı şagirdlər Londonda 18 medal qazandılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyanın London şəhərində təşkil edilmiş Beynəlxalq Qrinviç Olimpiadasında (International Greenwich Olympiad) Azərbaycan məktəbliləri yüksək nəticə əldə ediblər.

Final mərhələsində 30 ölkədən 90 layihənin iştirak etdiyi olimpiadada 18 şagirdimiz müxtəlif medallara layiq görülüb.

Olimpiada “Kompüter elmləri”, “Enerji”, “Mühəndislik”, “Ekologiya və ətraf mühit”, “Qısa film” və “Sosial elmlər” kateqoriyaları üzrə keçirilib. Təhsil Nazirliyinin nəzdindəki 6 nömrəli məktəb-liseyin şagirdi Atilla Cəfərli, “Oxbridge Baku”-nun şagirdi İbrahim Abdullayev “Enerji” kateqoriyası üzrə,  Təhsil Nazirliyinin nəzdindəki 6 nömrəli məktəb-liseyin şagirdləri Murad Seyidzadə və Səid Kərimli “Kompüter elmləri” üzrə qızıl,  “Mühəndislik” kateqoriyası üzrə isə Cavidan Ağayev və Emil Babayev gümüş medal qazanıblar.

Həmçinin şagirdlərimiz müxtəlif kateqoriyalar üzrə 12 gümüş, 2 bürünc medala layiq görülüblər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri