21 
Noy
2022
01:04
19
336
5009
Virtual karabakh

Göyçayda baş redaktor ailəsi ilə birgə qəzaya düşüb, polis araşdırma aparır – YENİLƏNİB + FOTO

21 Noy, 2022
01:04
5009

Göyçayda baş redaktor ailəsi ilə birgə qəzaya düşüb, polis araşdırma aparır – YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyçayda yük və minik avtomobillərinin toqquşması zamanı xəsarət alanların kimliyi məlum olub.

APA xəbər verir ki, qəza nəticəsində minik avtomobilində olan “Göyçay” qəzetinin baş redaktoru Abdulla Əliyev və ailə üzvləri xəsarət alıblar.

Yaralılar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Həkimlərin ilkin rəyinə əsasən, Abdulla Əliyevin vəziyyəti ağırdır.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov APA-nın sorğusuna cavab olaraq bildirib ki, yol-nəqliyyat hadisəsi Bakı-Şamaxı-Yevlax yolunun 209-cu kilometrliyində, Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

14:24

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax magistral yolunun 209-cu kilometrində Bığır kənd ərazisində qəydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan TIR markalı yük maşını qarşı tərəfdən gələn VAZ markalı minik maşını ilə toqquşub.

Nəticədə minik maşında olan sürücü və onun sərnişini müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralılar Göyçay Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, TIR sürücüsü Özbəkistan vətəndaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Dursun Tağıyeva

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri