Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda xanım sərnişinə qarşı əxlaqsızlıq edən taksi sürücüsü saxlanıldı - YENİLƏNİB + VİDEO
Bu gün sosial şəbəkədə taksi sürücüsünün gənc qıza əxlaqsız təklifi ilə bağlı video yayılıb.
Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev APA-ya açıqlamasında bildirib ki, 1972-ci il təvəllüdlü sürücü müəyyən olunaraq saxlanılıb:
“Barəsində inzibati icraat işi açılıb. Araşdırma aparılır”.
11:48
Gecə saatlarında paytaxtda taksi sifariş edən xanıma qarşı sürücüdən əxlaqsız təklif olub.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, orta yaşlı sürücü taksi xidmətində fəaliyyət göstərir. O, gənc xanıma öz dili ilə desək, “yaxınlıq etməyi” təklif edir.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Zeyni Hüseynov Baku.ws-in sorğusuna cavab olaraq bildirib ki, görüntüdə xanım sərnişinə qarşı əxlaqsız hərəkətlər edən taksi sürücüsünün aşkar edilməsi və barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsi istiqamətində işlər aparılır:
“Paytaxt ərazisində şəxsi avtomobili ilə taksi fəaliyyəti göstərən bəzi sürücülərin xanım sərnişinlərlə qeyri-etik formada davranmaları barədə vətəndaşlardan polis orqanlarına daxil olan şikayətlərin hər biri araşdırılır”.
Sözügedən görüntüləri təqdim edirik:
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Nərminə Ramazanova: "Elə müraciətlər olur ki, operator 40-50 dəqiqə cavablandırmalı olur"
- DYP-dən səhhətində problemlər olan sürücülərə MÜRACİƏT
- Xəzər dənizində qanunsuz balıq ovunda şübhəli bilinən şəxs müəyyən olunub
- Polisdən Qaxda narkotik əməliyyatı: Keçmiş məhkumlardan 7 kiloqram narkotik aşkarlandı
- Məhkum olunan şəxsə aid 21 kiloqram narkotik aşkarlanıb