25 
Yan
2023
10:36
105
6
2809
Virtual karabakh

Bakıda hər an uçma təhlükəsi ilə qorxu saçan bina söküləcək - AÇIQLAMA + FOTO

25 Yan, 2023
10:36
2809

Bakıda hər an uçma təhlükəsi ilə qorxu saçan bina söküləcək - AÇIQLAMA + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 80 ünvanında yerləşən ikimərtəbəli və qəzalı vəziyyətdə olan binada yaşayan sakinlərin köçürülməsinə başlanılıb”.

Bunu Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib.

Onun sözlərinə görə, bina kəskin qəzalı vəziyyətdədir:

“Bir müddət əvvəl orada tavanın bir hissəsi çöküb və üç ailə oradan kirayə mənzilə köçürülüb. Sakinlər mütəmadi olaraq bu vəziyyətlə bağlı öz narahatlıqlarını bildirirdilər. Artıq Nazirlər Kabineti qərar verib, bina sakinləri oradan köçürülürlər.

Sakinlərə mənzillərin hər kvadratmetri üçün 1500 manat kompensasiya veriləcək. 2017-2018-ci ildə o ərazidən sakinlər köçürülən zaman 1000 manat kompensasiya verilirdi. Hazırda iqtisadi vəziyyət nəzərə alınıb və məbləğ artırılıb. Narazı olan vətəndaşlar məhkəməyə müraciət edib. Sözügedən binada yaşayışın davam etdirilməsi mümkün deyil, bina hər an uça bilər”.

O qeyd edib ki, bina Ağ şəhərin ərazisinə daxildir:

“Binanın yerinə park salınacaq”.

Qeyd edək ki, PhotoStock.az sözügedən binadan fotoreportaj hazırlamışdı.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri