30 
Yan
2023
12:38
600
41
17014
Virtual karabakh

Şəhid Orxan Əsgərovun nəşi İkinci Şəhidlər xiyabanında dəfn olundu - YENİLƏNİB - FOTO/VİDEO

30 Yan, 2023
12:38
17014

Şəhid Orxan Əsgərovun nəşi İkinci Şəhidlər xiyabanında dəfn olundu - YENİLƏNİB - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəhid Orxan Əsgərovun nəşi İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb. 

Oxu.Az xəbər verir ki, dəfndən əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib, havaya yaylım atəşi açılıb.

Mərasimdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov, daxili işlər naziri Vilayət Eyvazov, müdafiə naziri Zakir Həsənov, müdafiə sənayesi naziri Mədət Quliyev, müdafiə nazirinin müavini Kərim Vəliyev, şəhidimizin yaxınları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Dəfn mərasimi ilə əlaqədar İkinci Şəhidlər xiyabanında izdiham yaşanır.

 

 

12:13

Şəhid Orxan Əsgərovun nəşi torpağa tapşırılması üçün İkinci Şəhidlər xiyabanına gətirilib. 

Oxu.Az xəbər verir ki, dəfn mərasimində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov, daxili işlər naziri Vilayət Eyvazov, müdafiə naziri Zakir Həsənov, müdafiə sənayesi naziri Mədət Quliyev, müdafiə nazirinin müavini Kərim Vəliyev, şəhidimizin yaxınları, ictimaiyyət və media nümayəndələri iştirak edirlər.

 

11:41

Şəhid Orxan Əsgərovla vida mərasimi başa çatıb. 

Oxu.Az xəbər verir ki, mərasim mərhumun Yasamaldakı evinin qarşısında keçirilib. 

Şəhidimizin nəşi dəfn olunmaq üçün İkinci Şəhidlər xiyabanına aparılır.

10:41

Şəhid Orxan Əsgərovun nəşi Yasamaldakı evinin qarşısına gətirilib.

Oxu.Az xəbər verir ki, vida mərasimi keçirilən ərazidə fəxri qarovul dəstəsi düzülüb.

Vida mərasimində xarici işlər nazirinin müavini Xələf Xələfov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavinləri hacı Surxay Məmmədli və hacı Fuad Nurullayev, deputat Məlahət İbrahimqızı, eləcə də digər rəsmi şəxslər iştirak edirlər.

10:15

Şəhid Orxan Əsgərovla vida mərasimi başlayıb.

Oxu.Az xəbər verir ki, mərasim mərhumun yaşadığı evin həyətində keçirilir. 

Vida mərasimində mərhumun yaxınları, ictimaiyyət və media nümayəndələri iştirak edirlər. 

09:13

Azərbaycanın İrandakı səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərovun nəşi Təzəpir məscidindən Yasamaldakı evinə aparılır.

Oxu.Az xəbər verir ki, vida mərasimi mərhumun evində keçiriləcək.

Orxan Əsgərov bu gün saat 12:00-da Bakıda İkinci Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Hazırda hadisənin istintaqı aparılır.

Xatırladaq ki, ötən gün axşam şəhidin nəşi Heydər Əliyev Beynəlxalq Hava Limanında ailəsinə təhvil verilib və daha sonra Təzəpir məscidinə gətirilmişdi.

Daha çox foto burada: PhotoStock.az

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri