29 
Apr
2023
11:36
7
213
3947
Virtual karabakh

Tərtərdə mina partlayışı baş verən ərazidən görüntülər yayılıb - FOTO

29 Apr, 2023
11:36
3947

Tərtərdə mina partlayışı baş verən ərazidən görüntülər yayılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 28-də Tərtər rayonunun Talış kəndi ərazisində mina partlayışı nəticəsində üç nəfər həlak olub.

Oxu.Az xəbər verir ki, partlayış baş verən ərazidən görüntülər yayılıb.

Partlayış zamanı “RPS Energy Ltd.” şirkətinin əməkdaşları - 1981-ci il təvəllüdlü Səxavət Gözəlov, 1982-ci il təvəllüdlü Nadir Yusifov və 1996-cı il təvəllüdlü Fərid Sədiyev həlak olublar.

Qeyd edək ki, Azərbaycanda mina partlayışları zamanı 1991-ci ildən bəri 3 377 nəfər həlak olub və ya yaralanıb ki, onlardan 358 nəfəri uşaqlar, 38 nəfəri qadınlar olub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri