Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Tərtərdə mina partladı: Üç nəfər həlak oldu - YENİLƏNİB + FOTO/VİDEO
Tərtər rayonunda mina hadisəsi baş verib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən verilən məlumata görə, 2023-cü il 28 aprel tarixində Tərtər rayonunun Tapqaraqoyunlu istiqamətində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.
Tank əleyhinə minanın partlayışı nəticəsində “RPS Energy” Ltd. şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğlu həlak olub.
22:59
Tərtərin Tapqaraqoyunlu kəndi ərazisində minaya düşən şəxslərin cəsədləri ərazidən çıxarılıb.
TƏBİB-in tabelində fəaliyyət göstərən Tərtər rayon mərkəzi xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəsisi Vüsal Əliyev APA-ya bildirib ki, meyitlər Tərtər morquna verilib.
Qeyd edək ki, bu gün Tərtərdə mina partlayışı nəticəsində “RPS Energy” Ltd. şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu (Füzuli rayonu), Gözəlov Səxavət İsmayıl oğlu (Füzuli rayonu) və Sədiyev Fərid Mehman oğlu (Sumqayıt şəhəri) həlak olub.

20:57
Tərtərdə üç nəfər avtomobillə hərəkətdə olarkən minaya düşüb.
DİN-in Mətbuat xidmətinin regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, hadisə Talış-Tapqaraqoyunlu ərazisində qeydə alınıb.
Partlayış nəticəsində hər üç şəxs həlak olub. Bunlar 1982-ci i təvəllüdlü Nadir Yusifov, 1981-ci il təvəllüdlü Səxavət Gözəlov və 1996-cı il təvəllüdlü Fərid Sədiyevdir.
Əldə edilən məlumata görə, ölən şəxslər ANAMA-nın əməkdaşlarıdır. Onlar xidməti vəzifələrini yerinə yetirən zaman minaya düşüblər.
"Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA)" teqi üzrə xəbərlər
- Ağdamda partlayış səsləri eşidilir - SƏBƏB
- Yevlaxda 32 yaşlı kişini güllələyən şəxs ANAMA-nın əməkdaşı olub
- "Improtex Industries"in mexaniki minatəmizləyən texnikaları xarici bazarların diqqətini cəlb edib
- ANAMA: Bu il Qarabağda 6 min 500-dən çox mina zərərsizləşdirilib
- ANAMA Xocalıya köçən sakinlərə təlim keçib