15 
İyl
2023
21:51
18
250
2904
Virtual karabakh

Mərdəkanda susuzluq problemi: İnsanlar evlərini tərk edirlər - VİDEO

15 İyl, 2023
21:51
2904

Mərdəkanda susuzluq problemi: İnsanlar evlərini tərk edirlər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərdəkan qəsəbəsinin Soltan Cəlilov küçəsi 1F ünvanındakı sakinlər 10 gündən çoxdur su üzünə həsrət qalıblar.

Susuzluq səbəbindən bir çox sakin yaşadıqları evləri tərk ediblər.

Sözügedən ünvandakı sakinlərdən birinin sözlərinə görə, 20 il əvvəl 40 ailə yığışıb yaşadıqları ərazi su xətti çəkib: “İndi o xəttin sındırıldığını, yaxud bağlanıldığınl bilmirik. Su damcı-damcı gəlir”.

Sakin qeyd edib ki, “Azərsu” ASC-nin işçiləri həmin əraziyə su xətti çəkə bilməyəcəklərini söyləyiblər: “Onlar deyiblər ki, öz vəsaitinizə traktor gətirin qazın, boru alın, biz sadəcə gəlib qoşarıq. Halbuki 20 ildir su sayğacları var və dövlətə pul ödənilir”.

“Azərsu” ASC-nin sözçüsü Anar Cəbrayıllı məsələyə münasibət bildirərkən deyib ki, həmin ərazidə fərdi şəbəkələrdir, vətəndaşlar tərəfindən primitiv qaydada tikilmiş və tikinti normalarına cavab verməyən şəbəkələrdir: “Bu da qış aylarında əhalinin su təchizatının aparılmasına imkan versə də, yay aylarında suya tələbatın atdığı dövrdə kiçik diametrli xətdən daha çox abonentin su alması ona gətirib çxıarır ki, ucqarda yerləşən bəzi abonentlərin su təchizatında ciddi çətinliklər yaranır”.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri